24 Oktyabr 2025-ci il tarixində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsi döyüşlərində qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan Xüsusi Təyinatlı Qüvvələr mənsubu Leytnant Quluzadə Kamran Pərviz oğlunun anım günü Ağsu rayonu Gəgəli kəndində qeyd olundu.
Tədbir iştirakçıları şəhid Quluzadə Kamran Pərviz oğlunun Ağsu rayonu Gəgəli kənd qəbristanlığında yerləşən məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüb ruhuna dualar oxudular.
Tədbirdə çıxış edənlər şəhid Quluzadə Kamran Pərviz oğlunun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs ediblər.
MM.AZ
MM.AZ
