Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada “xarici agentlər”in reyestrinə əlavə edilib.
Məlumat Rusiya Ədliyyə Nazirliyinin saytında verilib.
Onunla yanaşı, rusiyalı jurnalistlər İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevski də “xarici agent” elan olunublar.
Nazirlik qeyd edib ki, onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.
Xatırladaq ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukrayna münaqişəsi başladıqdan sonra TASS-dan ayrılıb və hazırda Bakıda yaşayır.
MM.AZ
