“Anamıza, atamıza, vətənimizə, millətimizə, bayrağımıza, namuslu, qeyrətli oğullardan olun. Hər kəsin həyatda arzusu var. Mənim də ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Canım qardaşlarım, Allaha əmanət olun. Sizi çox sevirəm. Aytac (nişanlısı) sizə əmanətdir. Ona doğma bacınız kimi baxın. Onu öncə Allaha, sonra sizə əmanət edirəm”.
2014-cü ildə orta məktəbdən məzun olan Elvin hərbi xidməti Naxçıvanda keçib. O, 2018-ci ildən etibarən YAŞMA-da qulluq edib. Gizir Abdurahmanov bunun üçün altı ay kurs keçib, 500 nəfərin iştirak etdiyi təlimlərdə xüsusi təyinatlılar arasından seçilən 42 nəfərdən biri olub. Müharibədən iki il öncə nişanlanmışdı.
MM.AZ
