Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.
4 yaşı olarkən valideynlərinin ayrıldığını, anası ilə yaşadığını deyib. Bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib.
L.Əliyevanın sözlərinə görə, hazırda ailə qurub, iki azyaşlı övladı var, buna baxmayaraq, içki düşkünü olan qayınatası onu təhqir edir, söyür və evdən də çölə atıb. Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib. pizza hut
O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib. Ancaq indi çarəsiz durumdadır./Axar.az
Daha ətraflı videoda:
https://www.facebook.com/reel/2071785273562888
MM.AZ
