Şagirdlər polisin döyüş hazırlığı və tədris mühiti ilə tanış oldular

ölkə
Bakı şəhərinin Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseyin şagirdləri Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.
Şagirdlər Akademiyanın tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, elektron kitabxana, eləcə də “İnformasiya təhlükəsizliyi” fakültəsinin elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, idman meydançası, kursant yeməkxanası və yataqxanası ilə tanış olublar.
Onlara təhsil mühiti, qəbul qaydaları, kursantların maddi və sosial təminatları, həmçinin Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumat verilib, sualları cavablandırılıb.
– Tədbir gənclərin polis peşəsinə marağını artırmaq, onlarda vətənpərvərlik, intizam və xidmət məsuliyyəti hissini gücləndirmək məqsədi daşıyır.

MM.AZ