Fəzail Ağamalının etirafı!
Dünən yazmışdı ki, Ramiz Mehdiyev ona asi düşən peşkalarını cəzalandırmağa başlayıb. Bu da Fəzail Ağamalının saytlardan birinə verdiyi müsahibədən bir parça.
Dünən yazmışdı ki, Ramiz Mehdiyev ona asi düşən peşkalarını cəzalandırmağa başlayıb. Bu da Fəzail Ağamalının saytlardan birinə verdiyi müsahibədən bir parça.
Fəzail Ağamalı deyib:
“Allah Təala irəliləyən yaşımda məni Elçinlə imtahana çəkir. Oğlumun hərəkəti nankorluqdu! Buna başqa ad vermək olmaz. Elçin unutmasın ki, nəyə nail olubsa, hamısı mənim sayəmdədir. Nə tez unutdun o kasıbçılıq içində keçən illərimizi, ay nankor?! Balaca bir tikə pendiri iki lavaşla dürmək edib, bütün ailə yeyirdik. Çayımızı şirin etmək üçün qənd tapmırdıq. Siqaret almağa da imkanımız yoxuydu, maqazindən ştuçnu siqaret alıb, yarı-yarıya çəkirdik. İndi, maşallah, hər şeyin var, bir donuzun əskik idi, onu da həll etdim, Salyanda sənə donuz ferması açdım. Hər gün ikradan, ağ balıqdan yeyib, donuza dönmüsən. Bəs ayıb deyil Ramiz Mehdiyevin fitvasıyla atana qarşı çıxırsan? Haqqımı sənə halal etmirəm!”
P.S. Fəzail Rəhimoviç! O “hər şeyi” necə “həll etdin”? Denən, bir ferma da biz açaq, dolanaq. Kasıbçılıq, dərd bizi üzdü.
MM.AZ
