Sabah şəhid Milli Qəhrəmanımız İqor Makeyevin doğum günüdür.

Cəmiyyət

Sabah şəhid Milli Qəhrəmanımız, Rusiyada təhsilini yarımçıq qoyub Qarabağa gedən İqor Makeyevin (1971-1992) doğum günüdür. Təhsilini yarımçıq qoyub Gəncəyə qayıdanda gəlişinə etiraz edən anasına demişdi : “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!”. 1992-ci il 5 iyunda dığalar Naxçıvanlı kəndinə hücuma keçirlər. İqor burada onlarla dığanı məhv etdi, düşmən kəndi tutsa da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də rəşadətlə vuruşur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu. “Vışka” yüksəkliyi uğrunda gedən döyüşdə o, “Nikulin” ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedir. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına şəhid olur.
MM.Z