Müalicəsini dayandırıb döyüşə gedən, dığaların başına pul qoyduğu şəhid Milli Qəhrəmanımız İsgəndər Aznaurov övladları ilə. “İsgəndərin adını çox eşitmişdim. Amma üzünü görməmişdim. Həmişə arzu edirdim ki, onu mən də görüm. Bir dəfə tibb məntəqəsinin qapısı döyüldü. İçəri sarışın, suyuşirin oğlan girdi. Dedi ağrıyıram, dərmanınız varmı? Cavab verdim ki, sənə ağrıkəsici dərman verərəm. Həkimimiz Fəxrəndə Dadaşova onu müayinə etdi. Dedi sənə güclü müalicə lazımdır, yataqda olmalısan. Gülərək cavab verdi ki, yatmaq vaxtı deyil, döyüşmək lazımdır”, – tibb bacısı Şükufə Rüstəmova.
MM.AZ
