Sabah Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Hümbətovun (1996-2020) şəhadət zirvəsinə ucaldığı gündür. Füzuli, Qubadlı, Laçın uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşüb. Özü ayağından yaralanıb. Lakin buna baxmayaraq, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayır və yaralı döyüş yoldaşını bir neçə km belində daşıyaraq meşəyə gətirib. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığı üçün onu müalicə almaq üçün Beyləqana göndəriblər. Lakin, A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdıb. Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutub . 27 oktyabrda uğrunda döyüşlərdə şəhid olub.
MM.AZ
MM.AZ
