Azərbaycan futbolunun yaranma tarixi 1911-ci ildən hesablansa da, Bakıda ilk futbol klubları 1905-ci ildə yaranıb.

İdman
Azərbaycan futbolunun yaranma tarixi 1911-ci ildən hesablansa da, Bakıda ilk futbol klubları 1905-ci ildə yaranıb.
Bu komandalar əsasən Bakının iri neft müəssisələrini təmsil edirdilər. “Balaxanı futbolçular dərnəyi”, “Stella”, “İdmanın dostları”, “İdmançı”, “Konqress”, “Unitas”, “Belaya”, “Senturion”, “Tərəqqi” və s. belə komandalardan olub. Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirilib və “Britaniya klubu” komandasının qələbəsi ilə nəticələnib. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirmiş və Tbilisidə yerli “Sokol” komandasına 4:2 hesabı ilə qalib gəliblər. 1912-ci ildə Bakının “Britaniya klubu”, 1913-1915-ci illərdə “İdmançı”, 1916-cı ildə “Balaxanı futbolçular dərnəyi”, 1917-ci ildə isə “Sokol” komandası Bakı çempionatının qalibi adını qazanıblar.
MM.AZ
Bəxtiyar İmaməliyev