Sənət aləminin ən səs-küylü rəqibləri – Flora ilə İlhamə
Flora Kərimova güclü xarakteri və vətəndaş mövqeyi ilə tanınır. Onun səsi təkcə mahnılarda deyil, cəmiyyətdə ədalət carçısı kimi də səslənib.
İlhamə Quliyeva isə parlaq obrazı, dəbdəbəli tərzi və “diva” xarakteri ilə fərqlənirdi. O, səhnəyə çıxanda diqqət mərkəzində olmağı sevərdi, hər sözü, hər addımı ilə tamaşaçını öz cazibəsinə salardı.
Bu iki güclü qadının bir səhnədə uzun müddət yan-yana dayana bilməməsi bəlkə də elə xarakter fərqlərindən qaynaqlanırdı. Hər ikisi lider idi – biri duyğularla, digəri hökmranlıqla idarə olunurdu.
İllər boyu mətbuat onların münasibətlərini “düşmənlik” kimi təqdim etdi. Bu münasibətin kökündə həm də dərin rəqabət vardı.
Tarix bəlli deyil… Məkan Azərbaycan Televiziyasının çəkiliş pavliyonu… Yəqin ki, hansısa bayram konsertidir.
Flora Kərimova və İlhamə Quliyeva yanbayan dayanıblar… Azərbaycanın başqa tanınmış sənət adamları ilə (onlardan bəziləri haqq dünyasına qovuşublar) bir sırada. Gülağa Məmmədov, Natəvan Şeyxova, Oqtay Ağayev və digərləri…
Deyirlər ki, bu iki sənətkarın – Flora Kərimova ilə İlhamə Quliyeva arasındakı konfliktin tarixçəsi o illərə gedib çıxır. Bu fotoşəkildə yanaşı dayanıblar. İlk baxışdan mehribanlıq nümunəsi sayıla bilər.
Amma hər iki azman müğəninin duruşları, simalarındakı ifadə sanki, sonrakı düşmənçilik üçün verilən fitvadır.
MM.AZ
