ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunan Oleq Məhərləmov

Dünya

Rusiyanın azərbaycanlı qəhrəman həkimi, qanlı Dubrovka hadisələrində girovlara tibbi yardım edən, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunan Oleq Məhərləmov.
2002-ci ildə 23 yaşlı çeçen M. Barayevin başçılıq etdiyi 40 nəfərlik silahlı (döyüşçülərdən bəziləri çeçen qızları idi) Dubrovka teatrını 800-dən artıq tamaşaçı ilə birlikdə ələ keçirərək, komleksə partlayıcı maddələr yerləşdirir. Həmin vaxt girov düşənlər teatra Nord-Ost musiqi proqramına baxmağa gələn tamaşaçılar idi. Qəfil 8 artistin olduğu səhnəyə qalxan silahlılar teatrı ələ keçirdiklərini və artistlər də daxil olmaqla binadakı bütün şəxslərin girov olduqlarını elan etdilər. Girovlar arasında azərbaycanlı həkim Oleq Məhərləmov da var idi. Sonralar Vladislav Ponomaryov hadisəni belə xatırlayır: “Girov götürüldüyümüzü anladıqdan bir az sonra tamaşaçıların bir-birinin ardınca huşlarını itirdiyini, kimdəsə ürək tutması, başqasında epilepsiya, bir başqasında isə sakit isterika olduğunu müşahidə etdik. Mən və Oleq silahlılardan xahiş etdik ki, insanlara kömək etməyə icazə versinlər. Çeçen silahlıları əvvəlcə bizimlə kobud davranırdılar. Lakin çalışdırdıq sübut edək ki, xəstə insanlara yardım etmək lazımdır. Məhz Vladislav Ponomaryov və Oleq Məhərləmov silahlıların açdığı atəşdən sonra zalı qaçaraq tərk etmək istəyən qadın və kişi girova ilk tibbi yardımı göstərmişdilər. Onların yaralılara yaxınlaşdığını görən terrorçular avtomatı başlarına tuşlasalar da, həkimlik borcuna sadiq olan Oleq Məhərləmov çətinliklə də olsa, silahlıları yaralılara yardım göstərməyə razı sala bilirlər. Sonra yaralılar binadan çıxarılan zaman Məhərləmov və Ponomaryov onları xərəklə Dubrovkanın giriş qapısında təhvil verərək geri qayıtmışdılar. Oktyabrın 26-da Rusiya xüsusi təyinatlılarının zəhərli qazdan istifadə edərək keçirdiyi xüsusi əməliyyat Movsar Barayev başda olmaqla, 40 silahlının və girov götürülən daha 130 tamaşaçının ö*lüm*ünə səbəb olub. Həlak olan tamaşaçılar arasında əslən azərbaycanlı həkim Oleq Məhərləmov da var idi. Rusiya prezidentinin fərmanı ilə Oleq Ələmdar oğlu Məhərləmov ö*lüm*ündən sonra Şücaətə görə medalı ilə təltif olunub. Sabah Oleq Məhərləmovun anım günüdür.

MM.AZ