Vüqar Əliyev kimdir ki, özbaşına hərəkət edə? Əsgər Aillərinə Dəstək ictimai birliyinin sədri, təsisçisi( indi Zülfiyyə Nuriyeva tumanını yığıb , gəlib şərh yazar ki, o sədr deyil)))) olaraq haqqımda gedən əxlaqsız, nəsillərinə yaraşan yazılar məhz media, QHT sektoru kimə tapşırılıb , onun göstərişi ilə tirajlandı. Düşündülər ki, qorxub bunların zibillərin açıb, ortaya qoymayacağıq. Nədən qorxaq? Biz Dövlətin yanında olan adamlarıq. Növbəti addımları QHT- lərin Hürrəm Sultanının sifarişi ilə İctimai Şuradan uzqqlaşdırılmağım oldu. Deyəcəksiz qadında gücə bax, baş feminist olasan, bunu təbliğ edəsən gətirib QHT- lərə Dövlət Dəstəyi Agentliyində Müşahidə Şurasına üzv edib, orada əsas fiqura çevirələr. Aygün Əliyevanı yoxlayıb, 80 min korrupsiya faktı aşkarlayıb, prokurorluğa yollamamadan özündən asılı etmək niyyəti başqa məqsədlərə hesablanmışdı. Nəhayət QHT- lərin Hürrəm Sultanını Təhsil Nazirliyində idarə rəisinin müavini də etdilər))) maraqlıdır, əgər cənab Prezidentin bəzi köməkçiləri ona sədaqətlidilərsə, gərək bizim kimi dövlətə sadiq şəxsləri incitməsinlər. Yox, əgər məqsəd bizi cənab Prezidentin üstünə qaldırıb, narazı salmaqdısa, biz ünvanı gözəl tanıyırıq, ad da çəkirik, tənqid də edirik. Sadaladığım faktlar Əli Həsənov dəsti- xəttindən çox yazırsız, davamı deyil ki? İndi görürsüz yeni vəzifələrdə olsalar da, köhnə priyomları davam etdirirlər… Əli Həsənovun ölənlərin ə rəhmət oxutdururlar!
MUASIRMEDIA.AZ
MƏTANƏT ƏSGƏR QIZI
