Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 26 oktyabr 2025-ci il tarixində, saat 11:20 radələrində qeydə alınıb. Qəza nəticəsində 1 qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər. Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU