Salyanda “8 Noyabr- Zəfər günü”nün 5 -ci ildönümü ilə əlaqədar Vətən müharibəsi qazisi, gənc şair Həsən Kürün yaradıcılığına həsr edilmiş tədbir keçirilib.
Salyanda “8 Noyabr- Zəfər günü”nün 5 -ci ildönümü ilə əlaqədar Vətən müharibəsi qazisi, gənc şair Həsən Kürün yaradıcılığına həsr edilmiş “Mən burda yaxşıyam, sən də yaxşı ol” adlı tədbir keçirilib. Salyan rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Zəfər günü”nə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edənlər, Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, “Ana Kür” ədəbi məclisinin rəhbəri Firdovsi Sarvanlı, Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimli, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayon üzrə nümayəndəsi Şamxal Əhmədov, Salyan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, şair-publisist Zabil Pərviz, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, 4 saylı tam orta ümumtəhsil məktəbin müəllimi, şəhid qardaşı İbrahim Davudzadə, Sarvan kənd Folklor Evinin müdiri İnqilab Abdullayev və digərləri Həsən Kürün vətən eşqindən, vətənə torpağına olan sevgisindən və yaradıcılığından danışıblar. Qeyd olunub ki, onun vətənpərvərlik hisslərinin formalaşmasında Birinci Qarabağ müharibəsində şəhid olmuş dayısı Abbas Həsənovun xatirəsi mühüm rol oynayıb. Bu hadisə gənc Həsənin dünyagörüşünə dərin təsir göstərib və onu gələcəkdə Vətən uğrunda mübarizəyə qoşulmağa ruhlandırıb. O, 2016-cı ildə aprel döyüşlərinə könüllü yazılıb, daha sonra 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi qazisi, gənc şair Həsən Kürün qələm yoldaşları gənc şairin xatirəsini dərin ehtiramla yad edib, şairin şerlərini səsləndiriblər. Gənc yazarın ailə üzvləri onun həyat yolundan bəhs edərək xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
