Əslən Vedi rayonundan olan Robert İslam oğlu Eyyubov

Cəmiyyət
Əslən Vedi rayonundan olan el-oğlumuz Robert İslam oğlu Eyyubov 1978-ci il martın 22-də Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Vedi rayonunun Şirazlı kəndində anadan olub.
Orta təhsilini bitirdikdən sonra 1995–2000-ci illərdə. Milli Aviasiya Akademiyasında diaqnostika ixtisası üzrə təhsil alıb. Bu ixtisas hərbi xidmətə bərabər tutulan sahələrdən biridir. 2001–2019-cu illərdə “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən “Silk Way” şirkətinin prezidentinin müşaviri vəzifəsində fəaliyyət göstərib 02 fevral 2022-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti seçilib. Robert Eyyubov gənc yaşlarından böyük idmana maraq göstərib. 1996–1998-ci illərdə Kiqboksinq və Uşu-Sanda idman növləri üzrə Azərbaycan millisinin üzvü kimi ölkəmizi Asiya və Avropa yarışlarında ləyaqətlə təmsil edib.
El-oğlumuz Robert Eyyubov təkcə peşəkar fəaliyyəti ilə deyil, həm də insanlığı, sadəliyi və xeyirxahlığı ilə tanınır. O, daim ehtiyac sahiblərinə yardım edən, xalqın içindən çıxmış, böyüyə hörmət, kiçiyə qayğı göstərən, hər kəsin sevgisini qazanan bir şəxsdir. El arasında adı daim hörmətlə çəkilən Robert Eyyubov mərdliyi, səxavəti və səmimiyyəti ilə həqiqi el oğlu nümunəsidir.
Belə oğullar elin dayağı, Vətənin ümid yeridir.
Allah el-oğlumuza can sağlığı, uzun ömür və bol-bol uğurlar nəsib etsin!

MUASİRMEDİA.AZ

Hörmətlə,Vaqif Məhəmməd oğlu.