Abbasqulu bəy Şadlinski doğmaları ilə.

Tarix

Abbasqulu bəy Şadlinski doğmaları ilə. Kərbəlayı İsmayl silaha əl atan vaxtlar Abbasqulu bəydən əvvəl mərkəzdən Kərbəlayı İsmayılın yanına başqa bir adam – erməni göndərilir. Həmin şəxs Qəmbəralı (Qəmloya) bəyə və Kərbəlayıya deyir ki, sizin yanınıza sirrinizi öyrənmək üçün adamlar göndərirlər. Onlar da mərkəzin erməni agentinə inanırlar. Beləcə Qərbi Azərbaycanın ermənilərə qan udduran üç görkəmli şəxsiyyəti – Qəmbəralı bəy, Kərbəlayı İsmayılla Abbasqulu bəy arasında ixtilaf başlayır. Sonu da məlumdur – başsız qalmış azərbaycanlılar tədricən Qərbi Azərbaycandakı ata-baba torpaqlarından qovulurlar. Müəmmalıdır: onlarla birlikdə danışıqlara göndərilən bolşevik Talıbov qaçıb aradan çıxır və sonralar başqa əraziyə vəzifəyə göndərilir
.MM.AZ