Sogütdə Türkiyənin ən ulu simalarından olan Ərtoğrul Qazinin – Osman Qazinin atasının türbəsini ziyarət edərkən qəribə hisslərlə bir rahatlıq tapdım. Moskvada Lenin mövzeleyinin qarşısında saatlarla növbəyə durduğum və üşüdüyüm anlar yadıma düşdü. Təəssüfləndim o anlar üçün. Və indi Sögütdə Ərtoğrul Qazini ziyarət edərkən sanki “günahlarım” bir az yuyulmuş oldu. Ərtoğrul Qazinin məzarı önündə Azərbaycan Bayrağı və torpağını görmək çox qürurverici idi.

MM.AZ
