İtgin düşmüş şəhid Rəfael Abbasov dəfn edildi

HƏRBİ

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəfael Abbasov dəfn edilib.

Rəfael Abbasovun Hövsan qəsəbəsindəki evində baş tutan vida mərasimindən o, Suraxanı rayon Dədə-Qorqud qəbristanlığında torpağa tapşırılıb.

Dəfndən əvvəl cənazə namazı qılınıb, dualar oxunub.

Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

MM.AZ