Şəkildə insanların başına keçirilən cəza aləti Kanq, yəni boyun taxtası adlandırılır.
Hələ qədim zamanlarda Çində bu qurğudan istifadə edilirdi. Cəzanın fəlsəfəsi sadə idi: bəzi cəzalar yalnız bədəni deyil, ruhu da hədəf alırdı. Elə qərarlar olurdu ki, cinayət edənlərin boğazına bu ağır taxta halqa keçirilirdi. Həmin qurğu müttəhimi hərəkətsiz və camaatın gözü önündə çarəsiz vəziyyətdə saxlayırdı.

Sun sülaləsindən başlayaraq Qing sülaləsinin 1912-ci ildə süqutuna qədər bu alət — adətən 5–50 kiloqram arası çəkidə — oğurluq, zina və ya itaətsizlik kimi cinayətlər üçün istifadə olunurdu. Günahkarlar nə özlərini doyura, nə də sərbəst hərəkət edə bilirdilər. Onlar bazarlarda, yol ayrıcında və kənd meydanlarında dayanaraq, əzab içində camaata ibrət olaraq göstərilirdilər.
Bu, təkcə cəza deyil, həm də rüsvayçılıq hökmü idi. Kanqda keçən günlər və ya həftələr bədəni əzab içində qoyur, ruhu isə sındırırdı. Bəziləri yemək və su üçün yad adamlardan asılı qalır, bu da onların utancını daha da artırırdı.
Bir əsrdən çoxdur ki, bu cəza forması qadağan edilib, amma kanq hələ də muzeylərdə saxlanılır, ədəbi əsərlərdə təsvir edilir, tarixi filmlərdə xüsusi yer tutur.

MM.AZ