Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Salyan şəhərində növbəti əmək yarmarkası keçirilib.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün 29 oktyabr 2025-ci il tarixində Salyan şəhərində 18 işəgötürənlə ilə birgə növbəti əmək yarmarkası keçirilib.Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak edib. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 70 boş iş yerləri təqdim olunub. Filial tərəfindən təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 172 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilib.İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU