Əsl adı Ədil olub. Valideynləri onu Ədil deyə çağırıblar.
Onun soyadı isə İskəndərov yox, İskəndərbəylidir. Lakin 1920-ci ildən sonra – soyad İskəndərov kimi dəyişdirilib. Adil İskəndərovun tək qalan anası bolşeviklərdən qorxuduğundan həm özünün, həm də dörd övladının soyadını İskəndərov edib. “Əsl soyadımız İskəndərbəylidir. Babamın İskəndərbəyli adlı kəndləri də qalmaqdadır. Bu, atamın babası İskəndər bəyin adıdır. Soyadımızı ordan götürmüşük. Əmim Moskvaya oxumağa gedəndə adını dəyişdirərək Adil qoyub”, – Adil İskəndərovun qardaşı oğlu Elxan İskəndərov.

Azərbaycanda çoxlu sayda teatr rejissoru olsa da, onlardan cəmi ikisi – Adil İskəndərov və Tofiq Kazımov öz məktəblərini formalaşdıraraq aktyorlar yetişdiriblər.
Adil İskəndərov Azərbaycan teatrının qızıl dövrünü yaradıb. Məhz onun dövründə Azərbaycan Dövlət Dram Teatrı akademik statusunu aldı. Adil İskəndərov Azərbaycanın teatr sahəsində yeganə şəxs idi ki, adı bir zamanlar SSRİ ensiklopediyasına salınmışdı.
Nurəddin Mehdixanlı: “Adil İskəndərov bizə 4 il dərs deyib. Onun başına nə bəlalar gətirilirdi. Adil İskəndərov kabinetində oturub, hər dəqiqə aparılacağını gözləyirdi. O, bəzi hadisələr barəsində bizə danışıb. Bəzi partiya işçiləri teatrdan Azərbaycan rəhbərliyinə tamam başqa məlumatlar ötürürdülər”.
MM.AZ