Məmmədbağır Bağırzadənin oğlu Rahim: “Atam anamı həddindən artıq çox istəyirdi. Hələ onun qədər qadınını çox sevən kişi görməmişəm. Ancaq anam da sevgiyə, istəyə layiq qadın olub. Atamın bütün şıltaqlıqlarına dözürdü. Atamın xəstəliyi anamla başladı. Anam xəstəxanada müayinə olunandan sonra, həkim anamın çox yaşamayacağını dedi. Atam həkimlə danışanda qarnını qucaqladı, yerində ləngər vurdu. Bir dəqiqə ərzində rəngi sapsarı oldu. Dedi ki, o mən neyləyəcəm? Atam dondurmanı ilk dəfə 51 yaşında yeyib. Bir də gördük atam ağlayır. Dedi: “Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi. Anamın axırıncı cümə axşamında qızım dünyaya gəldi. Atam ağlaya-ağlaya ona anamın adını qoydu, amma hamımızdan xahiş elədi ki, heç vaxt onun yanında qızımı öz adı ilə çağırmayaq. Anamdan sonra atam i*ntihara cəhd etmək istəyirdi. Anamdan sonra onun psixoloji vəziyyətində dəyişikliklər olmuşdu. Tez-tez deyirdi ki, daha yaşamaq istəmirəm”.

MM.AZ
