Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim təyin olunub

Cəmiyyət

Bu gün Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən, Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən, Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin ediliblər.
Qeyd edək ki, Babək Pənahov Mərkəzi Seçki Kommisiyasının sədri Məzahir Pənahovun qardaşı oğludur.

MM.AZ