İsrail Müdafiə Qüvvələri Qəzzada atəşkəs elan OLUNDU

Dünya

İsrail Müdafiə Qüvvələri (İMQ) onlarla Fələstin radikal hədəfinə zərbə endirdikdən sonra Qəzza zolağında atəşkəsi bərpa etdiklərini açıqlayıb.
İsrail ordusu verdiyi açıqlamada Fələstin anklavında silahlı qruplarda komandanlıq vəzifələri tutan 30 fələstinli radikalı öldürdüklərini bildirib və bundan sonra “İMQ atəşkəsə riayət etməyə başlayıb”.

Oktyabrın 28-də İsrail Baş naziri Binyamin Netanyahunun ofisi HƏMAS-ı girovların qalıqlarının qaytarılması zamanı saxtakarlıqda ittiham edib. Ofis əlavə edib ki, Netanyahu Fələstin hərəkatının pozuntusuna görə cavab tədbirlərini İsrail Müdafiə Nazirliyinin rəhbərliyi ilə müzakirə edəcək.

Daha sonra Qalei Tzahal Radiosu Fələstin HƏMAS hərəkatının üzvlərinin Qəzzada İsrail qoşunlarına atəş açdığını bildirib. Bundan sonra İsrail baş naziri anklava zərbələr endirilməsini əmr edib.
MM.AZ