Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 ildən sonra tapılan itkin-şəhid Cəmil Rəhimovun nəşinin qalıqları yaşadığı Şirvan şəhərinə gətirlib. İstiqlaliyyət küçəsi 115 ünvanında-evində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Tədbirdə şəhidin yaxınları, Şirvan şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, kiçik çavuş Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il martın 4-də cəbhə xəttinə yola düşüb və həmin ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab edilib.Özündən sonra 1 oğlu və 1 qızı yadigar qalıb.
Şirvanda itkin şəhidimiz Cəmil Nizami oğlu Rəhimovun dəfn olundu





MUASİRMEDİA.AZ YAQUB MEHDİ OĞLU

 
			 
						 
						