Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirilib.
Tədbirdə İctimai Şura üzvləri də iştirak ediblər.
Tədbirdə İctimai Şura üzvləri də iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, ölkəmizdə ictimai-siyasi fotojurnalistikanın tanınmış veteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən ibarət sərgiyə tamaşa ediblər. Bu fotoşəkillərdə, əsasən, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticələri əks olunub. Fotoşəkillərdən bir neçəsi ilk dəfədir ki, nümayiş olunurdu.





MUASİRMEDİA.AZ
