Dünən Dövlət Gömrük Komitəsinin Komitə sədri, hörmətli Şahin Bağırovla görüşdük-FOTO

ölkə
Dünən Dövlət Gömrük Komitəsinin yeni inzibati binasında Komitə sədri, hörmətli Şahin Bağırovun dəvəti ilə görüşümüz oldu.
Görüş zamanı Komitənin fəaliyyətində aparılan islahatlar, rəqəmsallaşma, və proseslərin sürətləndirilməsi istiqamətində görülən işlər barədə, o cümlədən, elektron sistemin müxtəlif dövlət qurumları və digər ölkələrin gömrük sistemləri ilə inteqrasiyası barədə məlumat aldıq.
Müzakirə əsasında qeyd etdim ki, təqdim olunan bütün bu texnoloji həllər çox dəyərlidir. Lakin bununla yanaşı, sistemin effektivliyinin artırılması üçün mütəmadi kommunikasiya, təklif və iradlara operativ reaksiya mexanizmlərinin gücləndirilməsi daha önəmlidir. Məlum oldu ki, DGK bu istiqamətdə əks-əlaqə və geribildirimin daha operativ təmin edilməsi üçün rəqəmsallaşdırılmış yeni mexanizm hazırlayır.
Həmçinin bu ilin 9 ayı üzrə büdcəyə gömrük daxilolmalarını və perspektivdə daxilolmaların dinamikasına təsir edən amilləri də müzakirə etdik.
Əslində gömrük daxilolmaların dinamkası qurumun fəaliyyətindən daha çox iqtisadiyyatın idxal dinamikası və iqtisadi struktur dəyişiklikləri ilə bağlıdır.
Fikrimcə, DGK-nın formalaşdırdığı bu açıq dialoq və davamlı kommunikasiya modeli ölkəmizdə iqtisadi idarəetmənin modernləşməsi, qərarvermə proseslərinin daha inklüziv və məlumat əsaslı həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, dekabr ayında keçiriləcək Gömrük-Biznes Forumuna da Komitə Sədrinin şəxsi dəvətini aldıq. Yəqin ki, məhz bu forumda gömrük sahəsində nəzərdə tutulan yeniliklərlə bağlı daha geniş məlumatlar təqdim olunacaq.


MUASİRMEDİA.AZ