Atam öləndə vəsiyyət etmişdi ki, məni üzü Azərbaycana tərəf dəfn edərsiniz

ƏDƏBİYYAT
Atam məni Xəzər gölünün sahilinə aparardı. Bir qayanın üstündə oturub şeir yazırdı. Dedi ki, oğlum uzaqda bir məmləkət var. Mən ora heç vaxt gedə bilməyəcəm. Oranın adı Azərbaycandır. Ora siz gedəcəksiniz. Ora cənnət kimi yerdir. Bunu deyib hönkür-hönkür ağladı.
Atam öləndə vəsiyyət etmişdi ki, məni üzü Azərbaycana tərəf dəfn edərsiniz.
Nərdə məni gül qoynunda doğuran,
Xəmirini göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran,
Azərbaycan, mənim baxtsız balam oy,
Neçə bir il həsrətiylə yanam, oy?..

Almas İldırımın oğlu Azər Almasın xatirələrindən.

MUASİRMEDİA.AZ