Bolşevizmin iç üzü: Lenindən Putinədək-FOTO

Dünya
Çar Rusiyası sonrası Rusiya, SSRİ.və həm Sov. İKP tarixinin qısa kursu ilə tanış olaq.
– Bolşevik və s-lər. Rus Çarı 2-ci Nikolayı taxtdan salıb, Rus imperiyasını dağıtdılar.
Lenin gələn kimi, Çar Nikolayı düşmən elan etdi və çarı ailə-uşaqlı birlikdə güllələdilər. Və imperiyanın yeni rus imperiyası-SSRİ qurdular.
-Lenin ölən kimi məlum oldu ki, partiyanın ikinci adamı yoldaş Trotski satqın imiş.
-Kamenyev, Zinovyev, Buxarin və Stalin tez birləşib Trotskini devirib, SSRİ-dən qovdular.
-Amma bir neçə ildən sonra məlum oldu ki, Kamenev, Zinovyev və Buxarin də düşmən və təxribatçı imiş. Və sonra, Stalinin tapşırığı ilə NKVD sədri Genrix Yaqoda onları güllələtdi.
-Bir az sonra Yaqodanın yerinə Yejov gəldi, onu düşmən agenti kimi həbs edib güllələtdi.
-Ancaq bir neçə il sonra məlum oldu ki, Yejov da satqın və düşmən agentidir və onun yerinə gələn Beriya da Yejovu həbs edib güllələtdi.
-Stalinin öldü və ölümündən sonra hər kəs Beriyanın da satqın olduğunu anladı. Müdafiə Naziri Jukov da Beriyanı həbs edib güllələtdi.
-Lakin Xruşşov tezliklə Jukovun düşmən və sui-qəsdçi olduğunu öyrəndi. Jukovu da Urala sürgün etdilər.
-Və bir az sonra məlum oldu ki, Stalinin özü də düşmən, diversant və satqın imiş və həm onunla yanaşı, Siyasi Büronun əksər üzvləri.
-Sonra Xruşov və Şepilovun başçılıq etdiyi Siyasi Büro, və onların vicanlı partiya tərəfdarları Stalini movzoleydən çıxarıb atdılar.
-Bir neçə il keçdi və məlum oldu ki, Xruşşov səfeh yaramaz, avantürist və düşmən imiş.
-Və Brejnev gəlib Xruşşovu təqaüdə göndərdi
-Brejnevin ölümündən sonra da məlum oldu ki, o da təxribatçıdır, əhlikef və SSRİ-də olan durğunluğun səbəbkarı imiş.
-Sonra SDRİ-yə daha iki nəfər rəhbər gəldi (Andropov və Çernenko,) tez öldülər, onları heç kimin xatırlamağa belə vaxtı olmadı.
-Lakin sonra yeni bir gənc, enerjili Qorbaçov hakimiyyətə gəldi. Və məlum oldu ki, bütün bu Kommunist partiyası təxribatçı düşmənlərdır, indi Qorbaçov hər şeyi düzəldəcək. Düzəlmədi.
-Bu yerdə Yetsin ortaya çıxdı, SSRİ-i dağıldığı
Bu dəfə Qorbaçov da düşmən və satqın oldu.
-Yeltsini də bir qədər sonra birdən birə adi KQB zabiti (podpolkovnik), həm S. Peterburq merinin köməkçisi Putin əvəzlədi, necəsə (?!).
-Sonra Yeltsin səriştəsiz, “alkaş”, SSRİ-ni yanlış axmaqlıqla dağıdan bir yaramaz kimi təcridə gömüldü (ölüm səbəbi də suallıdır).
-İndi isə, Putin gərgin fəaliyyət və inadla keçmiş rəhbərlərin səhvlərini düzəltmək və SSRİ imperiyasının yeni bərpası ilə məşğuldur.
-Bu niyyətilə Ukrayna və digər qonşulara dağıdıcı hücum, təxribatlar edir Putin. Görək sonrası necə olacaq. Daha yenisi nə edəcək…

Bax beləcə, Çarı devirib ailə-uşaqlı güllələyən bolşevik terrorçu “çete”, sonra biri-biini devirib, güllələyərək Rusiyanı bu günkü çöküşə, xalqın mənəvi deqredsdiyası və Putinə gətirib çıxarıb.

MUASİRMEDİA.AZ
İlqar Altay.