Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib.

Baş səhifə
Tədbirdə Azərbaycan Respublikası
Milli Məclisi, Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, DİN-in Şəxsi Heyətlə İş İdarəsi, DİN-in Mətbuat Xidməti, Dövlət
Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası,
Milli Aviasiya Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları qonaq qismində iştirak ediblər.
Tədbir iştirakçıları çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, bu günün milli qürur, vətənə sevgi və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Sonda Zəfər gününə həsr olunmuş “Qarabağ Zəfəri: Xalqın qəhrəmanlıq salnaməsi” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
MUASİRMEDİA.AZ