Bu xəttə baxan hər kəs orada bir liderin uzaqgörənliyini, dövlət adamının məsuliyyətini və sərkərdənin dəmir iradəsini görür. Hər hərfi, hər cümləsi özündə həm xalqına olan sonsuz sevgini, həm də Vətənə sədaqətin simvolunu daşıyır.
Qrafologiya elmi sübut edir ki, insanın xətti onun xarakterinin, dünyagörüşünün və daxili enerjisinin güzgüsüdür. Düz və dəqiq sətirlər üzrə yazılmış xətt ağıllı, qərarlarında dəqiqlik və sabitlik nümayiş etdirən, emosiyalarını idarə edə bilən, real düşüncəyə malik şəxsiyyətin göstəricisidir. Bu xüsusiyyətlər isə Müzəffər Ali Baş Komandanımızın şəxsiyyətində tam şəkildə əks olunur.
Onun xəttində sarsılmaz iradə, yüksək intellekt, özünəinam və güclü məsuliyyət hissi oxunur. Bu yazıdan bir dövlət başçısının uzaqgörən siyasəti, bir sərkərdənin qətiyyəti və bir müdrikin sadəliyi hiss olunur. Cənab Prezidentin xətti təkcə qrafoloji dəyərləndirmə ilə deyil, həm də mənəvi dərinliyi ilə seçilir, çünki o, millətin taleyini, gələcəyini və qələbəsini yazan bir qələmin sahibidir.
Bu xətt liderin düşüncəsinin, xalqın güvəninin və millətin qürurunun izidir.

MUASİRMEDİA.AZ
Əli İbrahimov
