Bundan əlavə, Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərib. Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Eləcə də Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib, Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olub. Onun rəhbərliyi ilə Xankəndindən qovulan əhali üçün Şuşada “Yeni Xankəndi” qəsəbəsi salınıb.
Əfsuslar olsun ki, işbaşında ikən 11 dekabr 1991-ci ildə əslən şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Qətlin səbəbləri isə indiyədək müəmmalı qalır. Onun məzarı Ağdamın Mərzili kəndindədir.

