Narkomaniya… Gəncliyin ruhuna səssizcə sızan, ailələri dağıdan, cəmiyyətin təməlini sarsıdan görünməz bir bəladır.
O, bircə anlıq maraqla başlayan, lakin sonu fəlakətlə bitən təhlükəli bir yoldur. Hər bir valideynin gözündə ümidini, hər bir müəllimin sinfində gələcəyin işığını söndürən bu “ağ ölüm” insan həyatını, arzuları və gələcəyi məhv edir. Bu səbəbdən də narkomaniyaya qarşı mübarizə yalnız hüquqi deyil, həm də mənəvi, sosial və maarifləndirici bir missiyadır. Bu məqsədlə 1 noyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Nizami Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” devizi altında keçirilən silsilə tədbirlərin yekun mərhələsi baş tutub. Tədbir çərçivəsində 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səhnələşdirilmiş, Siqarevin “Şeytan ailəsi” əsərinin motivləri əsasında hazırlanmış “Ağ ölüm” tamaşasına Bakı şəhəri üzrə üzv təşkilatların nümayəndələrinin iştirakı ilə baxış keçirildi. Tədbiri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov açaraq, narkomaniyaya qarşı mübarizənin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. O, bu sosial fəlakətin qarşısının alınması üçün hər bir vətəndaşın, xüsusilə də müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı: – Maarifləndirmə işinin gücləndirilməsi, gənclərin düzgün istiqamətləndirilməsi və ailədə sevgi mühitinin qorunması bu bəlanın qarşısını almağın əsas yollarındandır, – deyə Sübut Əsədov bildirdi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Vüsal Əliyev də çıxış edərək, belə tədbirlərin gənclər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə baxımından mühüm rol oynadığını qeyd etdi. O, Nizami Rayon Komitəsinə təşəkkürünü bildirərək tamaşaya baxmağa dəvət etdi. Tamaşa başa çatdıqdan sonra ETİHİ sədrinin müşavirləri Natiq Zamanov, Vüsal Əliyev və Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov səhnədə xalq artisti Nübar Novruzova və digər aktyorlarla görüşdüllər. Aktyorlara Təşəkkürnamə və gül dəstələri təqdim etdilər. Xalq artisti Nübar Novruzova çıxış edərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə etdi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.