Ana sevgisi…
Yaponiyada baş verən zəlzələdən sonra xilasedicilər gənc bir qadının evinin xarabalıqlarına çatanda onun cəsədini çatların arasından gördülər. Onun duruşu qəribə idi – sanki dua edirmiş kimi diz çökmüş, bədəni irəli əyilmiş, əlləri bir şeyin ətrafında dolaşmışdı. Uçmuş bina onun kürəyini və başını zədələmişdi.
Xilasetmə qrupunun rəhbəri böyük çətinliklə divardakı dar bir çatdan qadının cəsədinə çatdı. O, qadının hələ də sağ olduğuna ümid edirdi. Lakin soyuq bədəni onun vəfat etdiyini göstərirdi. O və komandanın digər üzvləri növbəti uçmuş binanı araşdırmaq üçün evdən çıxdılar. Lakin qarşısıalınmaz bir qüvvə qrup rəhbərini ölən qadının evinə çağırırdı. Yenidən geri qayıdıb, qadının cəsədinin altındakı boşluğu araşdırmaq üçün başını dar çatlardan içəri soxdu. Birdən həyəcandan qışqırdı: “Uşaq! Uşaq!” Bütün komanda qadının cəsədinin ətrafındakı dağıntıları diqqətlə təmizləməyə başladı. Onun altında rəngli yorğana bükülmüş üç aylıq bir oğlan uşağı uzanmışdı. Aydındır ki, qadın oğlunu xilas etmək üçün özünü qurban vermişdi. Ev uçarkən, qadın onu bədəni ilə örtərək qorumuşdu. . Qrup rəhbəri onu götürəndə balaca oğlan hələ də mışıl mışıl yatırdı. Yorğanı açanda uşağın yanında bir mobil telefon gördülər. Ekranda bir mesaj var idi: “Əgər sağ qalsan, səni sevdiyimi unutma.” Bu mobil telefon əldən-ələ ötürüldü. Mesajı oxuyan hər kəs ağlayırdı. “Əgər sağ qalsan, səni sevdiyimi unutma.”.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ
