Albert Aqarunov uşaqlıqdan mərd, sakit və ədalət sevən bir uşaq kimi tanınırdı. O, Bakıda – zəhmətkeş və ailə dəyərlərinə bağlı bir yəhudi ailəsində böyümüşdü. Mahnı oxumağı, gitara çalmağı, velosiped sürməyi sevirdi. Ən böyük xəyallarından biri isə Vətəni üçün faydalı bir insan olmaq idi.
Albertin uşaqlıqdan formalaşan xarakteri — təvazökarlığı, qorxmazlığı və mərdliyi — onun gələcək yolunu müəyyənləşdirdi. Dostları deyirdi ki, Albert heç vaxt kiminsə haqqının tapdanmasına göz yummazdı. Onun üçün millət, din və dil fərqi yox idi — ən böyük dəyər insanlıq və Vətən sevgisi idi.
Bu saf, təmiz və böyük qəlbli uşağın içində böyüyən Vətən sevgisi onu illər sonra Qarabağ səngərlərinə apardı. Və o, tarixə adını qızıl hərflərlə yazdıraraq Azərbaycanın Milli Qəhrəmanına çevrildi.
MUASİRMEDİA.AZ
