Azərbaycanda bu cür kişi kimi düşmənçilik aparan ərənlər olub

Cəmiyyət
Kərbəlayı İsmayıl 1930-cu ildə bolşeviklərin təqibi ilə Arazın o tayına keçəndə hamilə gəlinini qan düşməni, düşmənçilik apardığı Usuboğlunun evinə gətirib: – Gəlinim sənə əmanət deyir. Onu o tərəfə keçirə bilmərəm”. Usuboğlu Kərbəlayının yanındaca öz arvadını çağırıb deyir:
– Bu, Kərbəlayının gəlinidir. Düşmənçiliyimiz öz yerində, amma gəlini sənə tapşırıram, onun başından bir tük əskik olsa, başını kəsərəm.
Usuboğlu öz oğlunu da girov kimi Kərbəlayıya verir. Deyir qayıdanda oğlumu gətirib, gəlinini sağ-salamat apara bilərsən. Azərbaycanda bu cür kişi kimi düşmənçilik aparan ərənlər olub.

MUASİRMEDİA.AZ