Mirzə Ələkbər Sabir-Adəmi adəm eyləyən parədir, Parasız adamın üzü qarədir

ƏDƏBİYYAT
Mirzə Ələkbər Sabir
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir…
Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın
Atəşi-xanə suzi-millət ikən –
Hər kəsin sacdəgahıdır xakın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş puçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir.

MUASİRMEDİA.AZ