Professor Yuan He Baodong: “Yubiley tədbiri Azərbaycanın elmi irsinin dərinliyini və elm adamlarına göstərilən yüksək dəyəri əyani nümayiş etdirir”

ölkə
Professor Yuan He Baodong: “Yubiley tədbiri Azərbaycanın elmi irsinin dərinliyini və elm adamlarına göstərilən yüksək dəyəri əyani nümayiş etdirir”
Hebey Sosial Elmlər Akademiyasının rəhbərliyi və alimləri bundan əvvəl də Azərbaycanda olub, beynəlxalq konfranslarda iştirak ediblər. Əminəm ki, bu, iki ölkə alimləri arasında səmərəli elmi dialoqa töhfə verir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak etmək mənim üçün böyük qürur və xoş bir təcrübədir.
Bunu Çin Xalq Respublikasının Hebey Sosial Elmlər Akademiyasının vitse-prezidenti professor Yuan He Baodong AMEA-nın 80 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu yubiley tədbiri Azərbaycanın elmi irsinin dərinliyini və elm adamlarına göstərilən yüksək dəyəri əyani şəkildə nümayiş etdirir. Alim vurğulayıb ki, burada elmi yeniliklərə, beynəlxalq əməkdaşlığa və gələcəyə yönəlmiş düşüncəyə böyük önəm verildiyini görürük.
“Biz alimlər daim yeni planlar hazırlayaraq dünya elminin inkişafına böyük nailiyyətlər bəxş etməyə çalışırıq. Birgə səylərimizlə bəşəriyyətin sağlam düşüncəsinin formalaşmasına ağlımız və gücümüzlə töhfə vermək istəyirik. Sonda Azərbaycan alimlərini təbrik edir, milli elmin inkişafı adına uğurlar diləyirəm”, – deyə professor Yuan He Baodong söyləyib.

MUASİRMEDİA.AZ