44 günlük Vətən savaşının şanlı Zəfər ruhu bu gün yaşıl meydanda yenidən yaşayır

İdman
44 günlük Vətən savaşının şanlı Zəfər ruhu bu gün yaşıl meydanda yenidən yaşayır.
O gün səngərdə tarix yazan Azərbaycan əsgəri, bu gün stadionda qələbə yazan Qarabağ komandası – onlar eyni ruhun daşıyıcılarıdır.
Qarabağ FK-nın hər oyunu bizim üçün sadəcə idman deyil — bu, Qarabağın nəfəsi, Şuşanın səsi, Xarıbülbülün qoxusudur. Hər qol, hər sevinci bizə bir həqiqəti yenidən xatırladır:
QARABAĞ AZƏRBAYCANDIR!
Bu, artıq tarixə həkk olunmuş qələbədir.
Zəfər Bayramına ən böyük müjdə — igidlərin meydandakı şərəfli təntənəsi!
Səngərdə qələbə qazandıq, meydanda da qazanırıq!
Yaşasın Azərbaycan!
Yaşasın Ordumuz!
Yaşasın Qarabağ!

MUASİRMEDİA.AZ