Rəvayətə görə, pişik insanın yanında Allahın göndərdiyi qoruyucu mələkdir — səssiz, amma həmişə keşikdə duran bir dost. O, nə səs-küy salır, nə də öz varlığını zorla hiss etdirir. Sadəcə yanındadır… İnsanın ruhunu müşahidə edən, evin enerjisini dinləyən, bəzən səssizliyi, bəzən isə sakit mırıltısı ilə ürəyə rahatlıq gətirən bir varlıq.Deyirlər ki, pişiklər insanı görünməyən təhlükələrdən, pis niyyətli nəzərlərdən və mənfi enerjidən qoruyur. Onlar bəzən bir küncdə saatlarla baxışlarını bir nöqtəyə dikirlər — sanki bizim görə bilmədiyimiz aləmdə nəsə ilə mübarizə aparırlar. Çünki pişik gözünün gördüyünü insan gözü görməz, pişik ürəyinin hiss etdiyini insan ağılı dərk etməz.Pişik heç vaxt sahiblərini səbəbsiz yerə tərk etmir. Gedirsə, demək ki, evin enerjisi dəyişib, ya da insanın yolu başqa istiqamətə yönəlib. Qayıdırsa, demək ki, qəlbin qapısı yenə mələk üçün açıqdır.Bəziləri üçün pişik sadəcə heyvandır, amma dərk edənlər üçün o — Allahın insana göndərdiyi gözdən düşməyən bir qoruyucu, dilə gəlməyən məhəbbətin simvoludur.
https://www.youtube.com/watch?v=766J4agPqzw
MUASİRMEDİA.AZ
