Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə elm xadimlərinin təltif edilməsi haqqında 5 noyabr 2025-ci il tarixində sərəncam imzalayıb .
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmlər doktoru, professor Kərim Şükürov “Şöhrət” ordeni, “Qərbi Azərbaycan tarixi” şöbəsinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Tərəqqi” medalı ilə təltif olunublar.
“Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə Azərbaycan elminin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bu münasibətlə alimlərimizi təbrik edir və yeni elmi uğurlar arzulayırıq!
Azərbaycan tarix elminin inkişafında xüsusi xidmətləri olan alimlərimizin elmi fəaliyyətini, Tarix və Etnologiya İnstitutunun elmi fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.
MUASİRMEDİA.AZ
