Bakının Bəşir Səfəroğlu küçəsində noyabrın 4-də Yasin İbadov adlı şəxs bıçaqlanaraq qətlə yetirilib. Onun homoseksual olduğu bildirilir.
Hadisəni qətlə yetirilən şəxsin əmisi törədib
Yasin İbadov, Rüzgar adı ilə tanınırmış. O, çoxsaylı bıçaq zərbələri alaraq hadisə yerində həyatını itirib. Şahidlər qeyd ediblər ki, ətrafdakı insanlar hadisəyə müdaxilə etməyib və polis hadisə yerinə yalnız qətli törədən şəxsin özü zəng etdikdən sonra gəlib. Həkimlərin də yaralıya lazımi tibbi yardım göstərmədiyi də iddia olunur.

Məlumata görə, qətlə yetirilən şəxs Şamaxı rayonundandır. O, uzun müddət Türkiyədə yaşayıb, lakin oturum müddəti bitdiyi üçün Azərbaycana qayıdıb. İddialara görə, Yasin İbadov Türkiyədə olduğu vaxtdan əmisi oğlu tərəfindən təhdid edilirmiş. Qətli törədən əmisi isə daha öncə də həbsdə olub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama yaymayıb.
Azərbaycan artıq 9 ildir LGBTQİ+ların hüquqlarının qorunması üzrə ILGA Avropa təşkilatının göy qurşağı reytinqində 49 ölkə arasında sonuncu yeri tutur.
Azərbaycan hakimiyyəti isə ölkədə heç bir şəxsin hüquqlarının pozulmadığını bildirir.
Bununla belə, ILGA-Europe-un son indeksinə görə, 49 Avropa ölkəsi arasında LGBTQİ+ hüquqları sahəsində ən aşağı göstəriciləri bu il Azərbaycan Rusiya ilə bölüşür — hər iki ölkənin nəticəsi 2 faizdir.
MUASİRMEDİA.AZ