əfər Bayramının beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir-VİDEO

HƏRBİ

Zəfərimizin 5 ili — Qürurla, Fəxrlə, Minnətdarlıqla!
Zəfər Bayramının beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu dəfə qürur dolu tədbir Beyləqan rayonunun Raqub Ağamalıyev adına Dünyamalılar kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Tədbirdə şəhid ailələri, müəllimlər, şagirdlər və kənd ictimaiyyəti bir araya gəlib. Şagirdlərin səhnələşdirdiyi kompozisiyalar, ifa etdikləri vətənpərvərlik ruhlu şeirlər və mahnılar iştirakçılara duyğulu anlar yaşadıb. Bu cür tədbirlər Zəfər tariximizin unudulmaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün bir daha əminliklə deyirik: Qələbəmizin təməlində xalqımızın birliyi, igidlərimizin qəhrəmanlığı dayanır! Zəfərimiz var olsun!

 MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU