Bu iki şəklin biri 3 oktyabr 2020-ci ildə, digəri 11 oktyabr 2020-ci ildə çəkilib.
Biri Dusseldorfda, biri Nürnbergdə. Hər iki aksiya Vətən Müharibəsində Azərbaycana dəstək məqsədilə təşkil edilib. Dostlar inciməsinlər, adlarını tağ etsəm kimlərisə unuda bilərəm. Siyasi mövqeyindən asılı olmayaraq, siyasi mühacirli, diasporalı hamımız ordaydıq. Hər iki aksiyada spikerlik, aparıcılıq məsuliyyətini dostlar mənim üzərimə qoydular. Çünki siyasi spekulyasiya etmədən vicdanlı aparıcılıq edəcəyimdən əmin idilər. O günlərdə vicdanla Azərbaycana dəstək nümayiş etdirdik. Pulumuzu, zamanımızı, enerjimizi Azərbaycan üçün xərclədik. Laçına azadlıq tələb edib laçınlıların Nürnberqdəki “Laçın” otelində qonaqlama pulunu belə ödədik…

Yeri gəlmişkən, xatırladım ki, mən 2017-18-ci illərdə Azərbaycan hakimiyyətinin Ukraynada başıma açdığı bütün oyunlara baxmayaraq, Azərbaycanı məhkəməyə vermədim. İstəmədim “Fikrət Hüseynli Azərbaycana qarşı” ifadəsi tarixə düşsün. Çünki biz 1988-ci ildə indiki Ermənistandan (Qərbi Azərbaycan) didərgin düşəndə Azərbaycan Respublikası bizə qapı açdı. Bizlərə, Mexseti türklərinə dayaq durdu. Belə bir ölkənin adı ilə “Fikrət Hüseynli Azərbaycana qarşı” ifadəsinin tarixə düşməsi mənə ayıb olardı. Etmədim. Ancaq hər zaman düşünürəm, deyirəm, deyəcəm də Azərbaycanda hakimiyyətdə olanların şəxsən mənə bir üzr borcları var. Həyatımı darmadağın etdiklərinə, amma məni mənlikdən, düzlükdən döndərə bilmədiklərinə görə həm də. Ya bir gün qapımı, ya məzar daşımı döyüb o üzrü istəyəcəksiniz. Ya da mən bir gün qapınızı, ya da məzar daşınızı döyüb üzrxahlıq tələb edəcəm. Çünki mən heç zaman Azərbaycanın qarşısında olmadım, hər zaman yanında oldum.
Sərhəd bütövlüyü, Zəfər Bayramınız mübarək olsun. MM.AZ