Şanlı Zəfər Bayramı.
Şair Gilə Dərya Bayramova.
Şanlı zəfərimdir böyük qələbəm,
Qürurla ucalır mənim bayrağım.
Azərbaycan bu gün sevinc içində,
Qürurla ucalır mənim bayrağım.
Vətənin hər yerdən gəlir sorağı,
Haqqı var, düşməndən alıb torpağı.
Qovuldu çaqqalar kimi bir yağı,
Qürurla ucalır mənim bayrağım.
İndi zaman dönüb,başqa zamandı,
Hər anın hökmü var,qorun amandı.
Qonşuya daş atan,düşmən yamandı,
Qürurla ucalır mənim bayrağım.
Biz görməsək də heç, illər görəcək,
Əlli il sonra da elllər görəcək,
Səni dünya daim haqlı biləcək,
Qürurla ucalır mənim bayrağım.
Qələbəni udduq zəfərlə biz də,
Dünyanı gəzirik fəxr ilə biz də.
Gilə səndən sonra qalacaq izdə ,
Qürurla ucalır mənim bayrağım.
7Noyabr.2025.

MUASİRMEDİA.AZ
