Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük qürur mənbəyidir.
Azərbaycan ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər bir damla qan türk dünyasının şərəf nişanı kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb.
Bu gün Azərbaycan əsgərləri Türkiyədən olan qardaşları ilə çiyin-çiyinə dayanır.
Əsgərlərimizə baxdıqca hamımız “iki dövlət, bir millət” devizinin mənasını görürük.
Şəhidlərimizin qarışmış qanından ucalan azadlıq bayrağı bütün Qarabağda izzət, şərəf, qürurla dalğalanır.
Qardaşım İlhamın zirək rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi, qəlbimizdə 30 illik yanğını söndürdü.
Allaha şükürlər olsun ki, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndinə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışı sülh, inkişaf, firavanlıq, azadlıqla doludur.
İnşallah bu sülh və inam mühiti daha da güclənəcək.
MM.AZ
