Sabah görkəmli müğənni, xanəndə və pedaqoq İslam Rzayevin (1934-2008) doğum günüdür.
İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri olub. Oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahur–Hindi”, “Rast” muğam dəstgahları AzTV-nin fonduna daxil edilib. Bir sıra mahnılar da bəstələyib, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılıb. Yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edib. 70-dən artıq qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.
MUASİRMEDİA.AZ
