87 İL KEÇDİ…
1 yaşında Mustafa oldu, 9 yaşında yetim qaldı, 12 yaşında müəllimi ona Kamal adı verdi – Mustafa Kamal oldu, 18 yaşında dəliqanlı bir xəyalpərəst idi, 21 yaşında leytenant oldu, 24 yaşında kapitan rütbəsi aldı, elə həmin yaşda məhkum oldu, 25 yaşında Dəməşqə sürgünə göndərildi, 31 yaşında Qazi oldi, 33 yaşında bu dəfə Sofiyaya sürgünə göndərildi, 34 yaşında Anafartalar döyüşünün qəhrəmanı oldu, 37 yaşında ordusu darmadağın olan bir Komandan idi, 38 yaşında heç bir şeyi olmayan beş parasız bir sadə adama çevrildi, 39 yaşında onu edama məhkum etdi padşah, 40 yaşında Ali Baş Komandan oldu, 42 yaşında Türkiye Cümhuriyyətini qurdu,
53 yaşında yorğun bir Atatürk idi artıq, 57 yaşında ölümsüz Mustafa Kamal Atatürk olaraq əbədiyyətə yürüdü!
“Azərbaycana iynə batarsa, bizə çuvaldız batar” deyən Böyük Mustafa Kamal Atatürkü sevgi və hörmətlə anıram! MUASİRMEDİA.AZ
