UKRAYNA dayanmaq bilmir…

Dünya
Putinin başı böyük həvəslə Pokrovsk deyilən bir qəsəbə ilə qarışıb 1 ildən çoxdur onu ala bilmir. Bu tərəfdən, Ukrayna hərbi zavodlar qurur, raket buraxır, Almaniyadan Patriot HHM kompleksləri Britaniyadan Shadow tip ballistik raketlər, İtalia və Fransa, İsveçdən silahlar daşınır Ukraynaya.
Və həm də Rusiya dərinliklərinə zərbələr endirir.
Başqırdıstan Sterlitamk Neft-Kimya Zavoduna bu gecə güclü partlayışlar seriyası baş verib və
bu yaxınlarda da (18 oktyabr) zərbələr endirilib.
Lakin bugünkü zərbələr daha da çox güclü olub.
Dünən Zelenski təsdiqləyən ki: “Biz artıq yeni Flamingo və Ruta raketlərindən istifadə edirik”, – görünür, doğrudur.
Nijni Novqorod vilayəti Kstovo şəhərinə gecə hücumunda Lukoil-Nijeqorodnefteorgsintez Neft Emalı Zavodu və SIBUR-Kstovo Neft-Kimya Zavodunun yaxınlığındakı sənaye ərazisində yanğın baş verib. (Düşünürəm ki, bu, orada hücumların beşinci dəfə baş verdiyini göstərir).
Volqoqrad vilayəti Frolovskaya elektrik yarım- stansiyası dron hücumu nəticəsində zədələnib.
Kursk vilayətində yarımstansiyaya edilən zərbə tamam elektrik kəsintisinə səbəb olub bu geçə.
Lipetsk bölgəsi güclü atəşə tutulub. Ufa, Kazan, Volqoqrad, Tambov, Penza, Kstovo, Nijnekamsk, Saratov, Samara kimi şəhərlərdə hava limanları bağlanmışdı.
Bu gün, guya 3 günə ələ keçiriləsi Kiyevin 1350- ci günü idi, Rusiya hələ də Donetskdə çabalayır. Bu Rusiyanın yiyəsi yoxdur vallah. Başa düşmür ki, müharibə vəsaitdir, iqtisadiyyatdır, texnikadır. Bu da səndə, Ukrayna arxasında duran Avropa, ABŞ, Qərbdən yer-göy qədər fərqli azdır. Havayı külli insanları aparıb qırdırmaqla olmur. Onlara nə var imkanlıdırlar, sən çökəcəksın, özü də pis.
MM.AZ